Aşpazın qazandığı iddia ilə "McDonald`s hamburgerlərinin içindəki ətin heyvani yağ xəmirindən və amonyakdan meydana gəldiyi sübut olundu.
Məşhur ingilis aşpaz Jamie Oliver istehlak sektorunun ən böyük brendlərindən biri olan "McDonald`sa qarşı qaldırdığı iddiada qələbə qazanıb.
Unikal.org-un türkiyə mediasına istinadən məlumatına görə, aşpaz qazandığı iddia ilə "McDonald`s "fast-food şəbəkəsinin həqiqi ət yerinə heyvanın ət, tendon, yağ və toxuma qarışığından ibarət olan maye halındakı bir xəmir ilə amonyakın da istifadə edildiyi sübuta yetirilmiş oldu.
"Bu məhsullar qida olaraq qəbul edilə bilməz
İngilis aşpaz və televiziya aparıcısı Jamie Oliver hamburger və qızardılmış toyuqların (nugget) ləzzətinin arxasındakı tükürpədən həqiqətləri ortaya çıxarıb. Jamie Oliverin ifadəsi ilə "McDonald`s restoranlarında servis edilən məhsullar qida olaraq qəbul edilə bilməz.
İngilis aşpazın qaldırdığı iddianın dünya səs-küy yaratmasından sonra "McDonald`s Türkiyədə bir açıqlama verib. Şikrət, istifadə etdikləri hamburger ətinin 1996-cı ildən bəri Türkiyədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edildiyini bildirib.
Açıqlamada, " "McDonald`s üçün qida istehsal edən bütün istehsalçılarımız Kənd Təsərrüfatı Nazirliyinin qoyduğu qaydalara və türk Qida Kodeksinə uyğundur deyə bildirib.