Azərbaycanın efir məkanında kompleks profilaktik işlərin ilkin cədvəli hazırlanıb.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, hazırda cədvəl teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir. Razışaldırmadan sonra cədvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqinə veriləcək.
Kompleks profilaktikanın 2017-ci ildə dörd dəfə: fevralın 6-da, iyulun 3-də, oktyabrın 16-da və dekabrın 4-də saat 06:00-dan 15:00-dək keçirilməsi nəzərdə tutulur.