2014-cü ildə dünya gözəli seçilən Lidia Opalçenska futbol klubuna məşqçi təyin olunub.

Unikal.org-un məlumatına görə, o, Bolqarıstanın 1-ci liqa təmsilçisi Plovdiv "Lokomotivində fiziki-hazırlıq üzrə məşqçi kimi işləyəcək.

Lidia qış fasiləsi bitəndən sonra fəaliyyətə başlayacaq. "Lokomotiv hazırda çempionatda 30 xalla 5-ci sıradadır.