Evlilik verilişinin qalmaqallı namizədi olan Naz, ötən gün proqramdan çıxıb avtomobilinə minərkən Baha tərəfindən hücuma məruz qalıb.Belə ki, Baha ona maşına minməyə mane olub və döyməyə başlayıb.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, O, Naza kömək etmək istəyən təhlükəsizlik qrupu ilə də dava edib.Verilişə gələn Bahanın dostları - digər bəy namizədləri də hadisə yerinə gələrək mühafizəçilərə hücum ediblər. Hər iki tərəf bir-birindən şikayətçi olub və polis bölməsinə aparılıb.
Aparıcı Zuhal Topal isə baş verənləri qorxu dolu gözlərlə kənardan izləməklə kifayətlənib.