SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun qazın qiyməti ilə bağlı açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, qeyd edib ki, manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi səbəbindən SOCAR-ın zərəri yaranır. Vətəndaşlar bu açıqlamanın qazın qiymətinin yenidən artırılacağına hesablandığı qənaətindədir.

SOCAR qazı baha alıb ucuz satdığı üçün bu istiqamətdə dövlətin kompensasiya mexanizminin olması məqsədəuyğundur. Dolların manat qarşılığında bahalaşması fonunda qazın alışı zamanı xərcin kompensasiya edilməsi mexanizmi də işlənib haızrlana bilər. Bu da gəcələcəkdə kommunal xidmətlərin qiymətinə yenidən baxılmamasına səbəb olar.