Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Unikal.org-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 17-si ilə müqayisədə dəyişməyərək 1,8045 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,5% möhkəmlənərək 1,9302 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,66% möhkəmlənərək 0,0304 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,07% möhkəmlənərək 0,4790 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2269 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 2,2%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 1,5% möhkəmlənərək 0,6840 manat olub.