İranın paytaxtı Tehranda ofislərin yerləşdiyi 17 mərtəbəli ticarət mərkəzində yanğın baş verib.
Unikal.org xəbər verir ki, bu gün səhər İranın «Plasko» ticarət mərkəzində yanğın baş verib.Yanğının söndürülməsi üçün cəlb olunmuş yanğınsöndürənlər hadisə yerində olarkən bina çöküb.
İlkin məlumatlara görə, hadisə zamanı 38 nəfər yaralanıb, 200-ə yaxın adam xəsarət alıb. İranın təhlükəsizlik qüvvələri yanğın səbəbi ilə küçəni bağlayıb.
Qeyd edək ki, çökən 17 mərtəbəli bina Tehranın ən yüksək tikililəri arasında yer alır.