Məktəbdə sinif otağında qəflətən atəş açmağa başlayan şagird iki sinif yoldaşını və müəllimi atəşə tutub.
Unikal.org bildirir ki, olay Meksikanın şimalındakı Nuevo-Leon ştatında, Monterrey şəhərində yerləşən "American School of the Northeast" məktəbində baş verib. 15 yaşlı şagird iki sinif yoldaşını başlarından güllələyəndən sonra müəllimə atəş açıb, sonra daha bir sinif yoldaşını güllələyib, axırda da intihar edib.
Ştatın istintaq şöbəsindən Aldor Faskinin dediyinə görə, atəş açan məktəbli əvvəllər depressiyadan müalicə olunub. Cinayətin motivləri isə bəlli deyil.
Bundan başqa, məktəblinin tapançanı haradan və necə əldə etdiyi, məktəbə necə keçirdiyi də hələlik bəlli deyil.