İtaliyanın Abrutso vilayətində baş vermiş uçqun nəticəsində yaranmış dağıntılar altından 6 nəfər xilas edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hazırda bölgədə axtarış işləri davam etdirilir. Axtarış əməliyyatlarına helikopterlər cəlb edilib.

Uçqun zamanı hoteldə 34 nəfərin olduğu məlumat verilib. İndiyədək 4 nəfərin meyiti aşkar edilib.