Livanın paytaxtı Beyrut şəhərində terror aktının qarşısı alınıb.
Şəhərin Hamra küçəsində yerləşən "Kosta Kafe adlı bir məkanda terror aktı törətməyə hazırlaşan canlı bomba polis tərəfindən vurulub.
Məlumata görə, vurulan terrorçu ölməyib. O, yaralı halda ələ keçirilib və xəstəxanaya aparılıb. Xəstəxanada təhlükəsizlik tədbirləri artırılıb.
Qeyd edək ki, o, təhlükəsizlik qüvvələri tərəfindən izlənilirmiş.