Gədəbəy rayon sakini bıçaqlanıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu gün Gədəbəy rayon Qaradağ kənd sakini 1975-ci il təvəllüdlü Eldarov Əsgər Əli oğlu döş qəfəsi və çiyin nahiyəsindən bıçaq xəsarətlər ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ə. Eldarovun vəziyyəti orta ağırdır. Ə. Eldarovun kim tərəfindən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.