Şirvanda baş verən avtoqəzada 66 yaşlı sürücü ölüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, ötən gecə H.Əliyev prospektində Şirvan sakini, 1951-ci il təvəllüdlü Musayev Allahqulu Mürşüd oğlu idarə etdiyi "VAZ" markalı, 99 BV 132 dövlət nömrə nişanlı avtomobil yolda çıxaraq, dirəyə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan şəhər xəstəxanasına çatdırlıb. Bir müddət sonra sürücü aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır