Tovuzda keçmiş məhkum həmyerlisinə xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da şəhər sakini Kənan Qasımovun başına baltanın arxası ilə xəsarət yetirməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Elxan Qasımov tutulub.