Türkiyədə H.T adlı uşaq həkimi çalışdığı xəstəxanada təcrübə keçən aspirant qadınlarla cinsi əlaqədə olan videosu başına bəla oldu.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa da uşaq həkimi vəzifəsində çalışan H.T., çalışdığı xəstəxanada fərqli qadınlarla birlikdə olub. Özəl xəstəxanada çalışan həkim otağında birlikdə olduğu qadınların görüntülərini gizlicə çəkib və koppüterinə yükləyib.
Üzərindən bir neçə vaxt keçəndən sonra H.T-nin kömpüterində nasazlıq yaranıb. Kompüteri təmir üçün firmaların birinə göndərib. Daha sonra həkimin görüntülərini götürən firma işçisi onu şantaj edərək külli miqdarda pul tələb edib. Bu arada firma işçisinə həkimlə cinsi əlaqədə olan aspirantura tələbələridə qoşulub.
Məsələdən çıxış yolu kimi həkim hüquq mühafizə orqanlarına müraciət edib. Araşdırma zamanı məlum olub ki, iki qadın və firma işçisi həkimi şantaj etməklə ondan külli miqdarda pul tələb ediblər. Məhkəmənin hökmu ilə hər üç şəxs həbps edilib.
Hökmündən narazı olan tərəflər yenidən məhkəməyə şikayət ediblər.