Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsəndə quraşdırılmış elektirik lövhəsində 8 ədəd elektirik sayğacı və 3 p.m kabel yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.