Bakı şəhəri və Zaqatala rayonunda yanğın hadisələri baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 30 m² olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, 1 ədəd kombi aparatı, elektrik paylayıcısı və 3 ədəd su çənlərinin şüşə-pambıq üzlükləri yanıb. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub.

Zaqatala rayonunun Muxax kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan birmərtəbəli kürsülü, 5 otaqlı evin 1 otağının tüstü bacasının ətrafı 5 m² yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.