Tovuzda yolun kənarında meyit tapılıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, meyit şəhərin Heydər Əliyev prospekti ilə Musa Musayev küçəsinin kəsişdiyi yerdə aşkarlanıb.

Meyiti tapılan şəxsin təxminən 20-25 yaşlarında kişi olduğu bildirilir. Meyitin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Onun avtomobil vurması nəticəsində öldüyü ehtimal edilir.