Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbçi Araik Sarkisyanın ölümü ilə bağlı yeni fakt üzə çıxıb.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı hərbçinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbçi yoldaşı tərəfindən güllələndiyi məlum olub.
Müəyyən edilib ki, Sarkisyanla eyni hərbi hissədə xidmət keçən digər hərbi qulluqçu odlu silahdan istifadə qaydalarını pozaraq onun qarın nahiyəsinə xəsarət yetirib.
Həmin hərbçi artıq həbs edilib.