Goranboyda zəhərlənmə olub.
Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun məcburi köçkünlərin məskunlaşdığı Veyisli qəsəbəsində yaşayan, Kəlbəcər rayon sakini 1988-ci il təvəllüdlü Çinarə Mehdiyeva ağır zəhərlənmə əlaməti ilə Goranboy rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Onda dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır orta ağır olduğu bildirilir. Məlumata görə, Ç. Mehdiyeva təmizləyici vasitə olan xlordan zəhərlənib.