Portuqaliyanın paytaxtı Lissabonda bərə sahildəki estakada ilə toqquşub.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 34 nəfər xəsarət alıb.
İçərisində 561 sərnişin olan gəmi-bərə Lissabona Barreyru şəhərindən gəlirmiş.
Paytaxtın mərkəzindəki limanda baş verən hadisəyə səbəb kimi qalın duman nəticəsində görmənin pisləşməsi göstərilir.