Gəncədə şəhərində dərmandan ölüm hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, şəhərin Totanlı küçəsində yaşayan, 1949-cu il təvəllüdlü Xanlar Kərimov səhhəti ilə bağlı ağrıkəsici dərman qəbul edib, bundan sonra onun halı pisləşib.
Yaxınları dərhal onu xəstəxanaya çatdırsalar da, X. Kərimov orada vəfat edib.
Onun astma xəstəliyindən əziyyət çəkdiyi, ağrıkəsicinin şok yaradaraq ölümə səbəb olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.