Şabranda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Mollakamallı kənd sakini Rzayeva Zəhra Əmrulla qızı günorta saatlarında Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. İlkin tibbi yardım göstərildikdən sonra o? reanimasiyaya yerləşdirilib. 47 yaşlı qadının hamamda çimərkən dəm qazından boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.