Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən məlumatına görə, hadisə Tovuz - BöyükQışlaq yolunun Quşcu kəndi ərazisində qeydə alınıb.

Belə ki,"VAZ-21099" markalı avtomobilin sürücüsüidarəetməni itirib və traktorla toqquşub. Nəticədə"VAZ-21099" yoldan çıxaraq aşıb.

Hadisə zamanı4 nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Fakt üzrə araşdırma aparılır.