Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın müşaviri, AYB-nin Mənzil Komissiyasının sədri Rauf Aslanov dələduzluqla üzləşib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, R.Aslanov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin aprel ayında və 2015-ci ilin fevral ayında 1969-cü il təvəllüdlü Şəmsi Mirzə onu aldadaraq müvafiq olaraq 30 min manat və 20 min ABŞ dollar pulunu alıb. Hadisə Səbail rayonunda qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.