ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp Rusiyada yaradılan "SkyGuru tətbiqetməsi vasitəsilə təyyarə qorxusundan xilas olduğunu açıqlayıb.
Unikal.org xəbər verir ki, bununla bağlı Tvitter hesabında paylaşım edən Tramp təyyarədə olarkən həmin proqram vasitəsilə türbülansın öncədən müəyyən etməyin mümkün olduğunu bildirib.
Milyarder qızının bu açıqlamasından sonra sözügedən tətbiqetmə "App Store elektron mağazasında ikinci pilləyə yüksəlib.
Qeyd edək ki, "SkyGuru Aleksey Gervaş tərəfindən ötən ilin sentyabr ayında ictimaiyyətə təqdim edilib.