ABŞ prezidenti Donald Tramp Rusiyanı üzəcək Suriya qərarını verib.
Unikal.org xəbər verir ki, 'Suriyada qətiliklə etibarlı bölgə quracağam' deyərək gündəmi dəyişdirən ABŞ prezidenti Donald Tramp bu dəfə Rakkada strategiya dəyişikliyinə gedəcəyini bəyan edib.
"New York Times" qəzetinə ad vermədən danışan ABŞ səlahiyyətlisi, Trampın yeni Suriya planının detallarını paylaşıb. Buna görə, yeni müdafiə naziri Ceyms Mattisin andiçmə mərasimi üçün bu gün Pentaqona gedəcək. Mərasimdə Trampda iştirak edəcək. Prezident burada İŞİD-ə qarşı yeni plan hazırlanmasını təklif edəcək.
Tramp İŞİD-in paytaxt saydığı Rakkaya qarşı ABŞ əsgərlərinin və helikopterlerinin istifadəsini tələb edəcək. Yeni plan bir ay içində hazırlanacaq və həyata keçiriləcək.
Hazırda ABŞ-ın Suriya torpaqlarında məsləhətçilik edən bir qrup əsgəri var.