Gəncə şəhərində yaşayış evində partlayış baş verib.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi, bina 65 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Hüseynova Ulduz mənzildə qaz sobasını yandırarkən partlayış baş verib. Nəticədə qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona başın, sifətin və hər iki əlin ağır dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.