Avstraliyada aviaşou zamanı yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə Pert şəhərində Avstraliya Gününü qeyd etmək üçün toplaşan minlərlə tamaşaçının gözü önündə baş verib. Hadisə nəticəsində pilot və sərnişini həlak olub.
Təyyarə tamaşaçılardan heç kimə toxunmadan Suon çayına düşüb. Aviaşoudan sonra təşkil olunmalı olan pirotexnika şousu ləğv olunub.
Qəzanın baş vermə səbəbi hələ ki, məlum olmasa da, sükan arxasında çox təcrübəli bir pilotun əyləşdiyi bildirilir.