Qırğız Respublikasının prezidenti Almazbek Atambayev ölkənin yenilənmiş konstitusiyasının təsdiqlənməsi haqqında fərman imzalayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, mərasimində baş nazir, hökumət və parlament üzvləri iştirak edib.
A.Atambayev bildirib ki, ölkənin əsas qanununa 40 düzəliş edilib, 60-dan artıq çatışmazlıq aradan qaldırılıb.