Gəncə sakini öz evini yandırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 26-da saat 01 radələrində Gəncə şəhəri Nizami küçəsində, əvvəllər məhkum olunmuş Arif Sultanov yaşadığı evi yandırıb.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra A.Sultanovun yanmış meyiti tapılıb.
A.Sultanovun intihar etməsi müəyyən edilib.