Bakı Beynəlxalq Avtovağzalında yerləşən ticarət mərkəzindəki mağazaların sahibləri aksiya keçirir.

Unikal.org-un məlumatına görə, onların tələbi Avtovağzal ərazisinə daxil olan maşınlardan saat hesabı pul yığılmasıdır. Onlar bildirirlər ki, bu məsələ onların alverinə ciddi təsir edir.

Şikayətçilər deyirlər ki, Kompleksin giriş qapısı Avtovağzal rəhbərliyi tərəfindən arendaya verilib. Arendaya götürənlər də istədikləri qiyməti tətbiq edirlər: "Rəhbərliyin burada əsas işi pul yığmaqdır. Bizim normal ticarət etməyimiz üçün şərait yaradılmayıb".

Aksiya iştirakçılarının sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə rəhbərliyə müraciət olunub. Lakin heç bir nəticəsi yoxdur.

Hazırda onlar Avtovağzal müdirinin qəbulundadırlar.

Həsən Babayev