Ermənistan ordusunun hərbi hissələrinin birində müddətli hərbi qulluqçu ölüb.

Unikal.org "news.ama istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, yanvarın 26-da, saat 16:20 radələrində hərbi hissələrin birində hərbi qulluqçu Samvel Apinyanın səhhəti qəflətən pisləşib. Hərbi hissənin tibb bölümünə çatdırılan S. Apinyan orada ölüb.

Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib.