Hazırda Bakı şəhərinə qar yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında yanvarın 28-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 1-3° isti olacağı gözlənilir.