Türkiyədə 17 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib.
Unikal.org "Haberler"ə istinadən xəbər verir ki, bədbəxt hadisə Qaziantepdə baş verib.Yanvar ayının 17-də 17 yaşlı Kübra adlı qız burnundan əməliyyat olmaq üçün xəstəxanaya yatırılıb. O, əməliyyatdan sonra 10 saat müddətində gözlərini açmayıb.
Bunu görən həkimlər qızı reanimasiya şöbəsinə aparıblar. 10 gün komada qalan qız bu gün həyatını itirib.