Almaniya Prezidenti Yoahim Qauk Frank -Valter Ştaynmayeri xarici işlər naziri vəzifəsindən azad edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, xarici işlər nazirinin səlahiyyətlərini Sosial-Demokrat Partiyasının sədri, sabiq iqtisadiyyat naziri Ziqmar Qabriel icra edəcək.
Həmçinin, ədliyyə naziri Briqitta Sipris də vəzifəsindən azad edilərək iqtisadiyyat naziri təyin edilib.