Bakıda lombarddan içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Məmmədcəfər Cəfərov küçəsi 9 ünvanında yerləşən lombarddan içərisində qızıl-zinət əşyaları, həmçinin 100 min manat pul olan seyf oğurlanıb.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir.