Çində sosial şəbəkələrdə istifadəçilər Trampın adından çin və ingilis dilində milyonlarla status paylaşıblar.

Unikal.org Al Jazeera-yə istinadən xəbər verir ki, Twitter Çində bloklandığı üçün, çinli istifadəçilər Trampın tvitlərini screen edib, sosial şəbəkələrdə hər 25 dildə paylaşmağa başlayıblar.

Bununla yanaşı, çinlilər Trampın adından çin dilində yalançı statuslar da yazıblar. Məsələn, Tramp çinliləri xoruz ili münasibətilə təbrik edir, ya da Çini Melani və İvanka qədər çox sevdiyini deyib. Bir çox çinlilər də buna inanaraq düşünüblər ki, Tramp onların ölkəsi ilə yenidən əlaqələri yaxşılaşdırmaq istəyir.