Bir neçə saat əvvəl "Ulduz" metrostansiyasında həyəcanlı anlar yaşanıb.

Unikal.org xəbər verir ki, Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, sərnişin maşinistə "Ulduz" stansiyasında 7 saylı qatarda tüstülənmə ilə bağlı məlumat verib: "Lakin məlum olub ki, qatarda tüstülənmə olmayıb. Qatarın kondisionerində buxarlanma baş verib. Maşinist qatarın kondisionerini söndürüb və buxar dayandırılıb".

N.Paşayev qeyd edib ki, hazırda qatarlarda heç bir problem yoxdur: "7 saylı qatar hərəkətini davam etdirir".

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Bir neçə saat əvvəl "Ulduz" metrostansiyasında həyəcanlı anlar yaşanıb.

Unikal.org olke.az-a istinadən xəbər verir ki, saat 20:07 radələrində 007 nömrəli qatarın 2-ci vaqonunda tüstülənmə hadisəsi baş verib.

Vaqondakı kondisonerdən başlayan səslərdən sonra bir neçə saniyə ərzində vaqona tüstü dolmağa başlayıb. Hadisə şahidi olan Şahin Sərdarlı bildirir ki, qatar "Ulduz" stansiyasında dayanarkən dərhal sərnişinlərə vaqonu tərk etmələri barədə məlumat verdim: "Daha sonra maşinistə və metropoliten əməkdaşlarına da yaranmış problemlə bağlı məlumat verdim. Sərnişinlər təxliyyə edildi. Metropoliten əməkdaşları və maşinist problemin kondisonerdən yarandığını təsdiq etdilər və qatarda kondisoner sistemini söndürdülər. "Koroğlu" stansiyasında maşinistlə yenidən əlaqə saxladım. Bildirdi ki, artıq məlumatlar idarəyə göndərilib. Qatar da depoya gedir. Hazırlıqlı şəkildə qatarın ora çatmasını gözləyirlər".