Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq tezdir.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Mey ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
"Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq hələ tezdir, deyə D.Tramp bildirib.
Tereza Mey, öz növbəsində, qeyd edib ki, Ukrayna üzrə Minsk razılaşmaları yerinə yetirilməyənədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalmalıdır.