Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatının 5 üzvü həbs olunub.
Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Ankara Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən saxlanılan 8 nəfər dindirilmədən sonra məhkəməyə göndərilib.
Məlumata görə, şübhəlilərdən 5-i həbs olunub, 3 nəfər nəzarət altında olmaq şərti ilə sərbəst buraxılıb.