Türkiyənin Aydın vilayətinin İncirliova mahalında ata öz qızına təcavüz edib.

Unikal.org "Hüriyyetə istinadən xəbər verir ki, iki uşaq anası olan S.P. (adı və soyad tam açıqlanmır) ərindən boşanaraq atasının evinə qayıdıb.

O, atası C.K. tərəfindən zorlandığı ilə bağlı polisə şikayət edib.

Polisə ifadəsində bildirib ki, atası ondan fahişəlik etməyini istəyib: "Mənə dedi ki, pul qazanmaq istəyirsənsə, fahişəlik elə. Dalaşdıq. Axşam atam və anamla oturub içdik, sonra mən tez yatdım. Gecə yarısı ayıldım ki, atam üzərimdədir, əlində də bıçaq var idi. Məni zorladı.

Məhkəmə qarşısına çıxarılan ata həbs olunub.