Madaqaskarda toy karvanı qəzaya uğrayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Andjozorob şəhərində, paytaxt Antananarivdən 90 kilometr şimal-şərqdə baş verib. 

Belə ki, yük avtomobilinin çayın üzərindəki körpüdən aşması nəticəsində 45 nəfər həlak olub.

Ölənlərdən 9-u uşaq, 27-si qadın, 9-u kişidir. Hadisə zamanı daha 24 nəfər xəsarət alıb.

Hadisənin səbəbləri araşdırılır.