Əfqanıstanın şərqindəki Nanqarhar vilayətində təşkil olunan hava hücumunda terror təşkilatı İraq-Şam İslam Dövlətinin (İŞİD) bir mühüm komandirinin öldürüldüyü bildirilib.
Unikal.org xarici mətbuata istinaən xəbər verir ki, Nanqarhar Polis İdarəsinin sözçüsü Hazrat Həsən Maşrikival açıqlamasında, NATO qüvvələrinə aid insansız hava vasitəsinin, Nanqarharın Açın rayonundakı İŞİD mövqelərini bombaladığını deyib.
Hücumda terror təşkilatı İŞİD-in əhəmiyyətli komandirlərindən Qazı Şahid ilə terror qruplaşmasının üzvünün öldürüldüyünü ifadə edən Maşrikival, 5 terrorçunun də yaralandığını söyləyib.
Maşrikival, digər tərəfdən Nanqarharın Hasaki Mine rayonunda çıxan qarşıdurmada 3 İŞİD yaraqlısının öldürüldüyünü, ikisinin də yaralandığını qeyd edib.