Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin inkişafı və sabitləşməsi üzrə fəal birgə iş üçün bərabər hüquq və qarşılıqlı faydalılıq əsasında əhval-ruhiyyə nümayiş etdiriblər.
Unikal.org-un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumata yayıb.
Məlumatda deyilir: "İkitərəfli münasibətlərin davamlı və sabit inkişafına əlavə stimul ola biləcək qarşılıqlı surətdə faydalı ticarət-iqtisadi əlaqələrin bərpasının vacibliyini iki ölkənin işgüzar dairələri arasında vurğulanıb.
Aktual beynəlxalq problemlər, o cümlədən terrorizmlə mübarizə, Yaxın Şərqdə vəziyyət, ərəb-israil münaqişəsi, strateji stabillik sahəsi, İranın nüvə proqramı və Koreya yarımadasının ətrafındakı vəziyyət geniş müzakirə edilib. Bunlar və digər istiqamətlər üzrə əməkdaşlığı qurmaq razılığı əldə olunub.
Vladimir Putin və Donald Tramp şəxsi görüşlərinin mümkün keçirilmə müddəti və yeri təyin edilməsi üçün tapşırıq vermək barədə və mütəmadi olaraq şəxsi əlaqə saxlamağa dair razılığa gəliblər.
Putin Trampı rəsmi vəzifəyə seçilməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb."