Prezident Donald Trampın miqrasiya fərmanının qüvvəyə minməsinə baxmayaraq, qüvvədə olan vizalarla ABŞ-a səfər etmiş insanlara məhkəmə tərəfindən ölkədə müvəqqəti qalmaq icazəsi verilib.
Unikal.org-un verdiyi xəbərə görə, Amerika Vətəndaş Hüquqları İttifaqının məlumatına əsasən, məhkəmə qərarı ABŞ-ın hava limanlarında və tranzit zonalarında saxlanılmış 200-dək şəxsə şamil ediləcək. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi fərmanın qüvvəyə mindiyi 23 saat ərzində 109 nəfərin ölkəyə girişi məhdudlaşdırılıb.
Vətəndaş Hüquqları İttifaqı aeroportlarda saxlanılan 7 müsəlman ölkəsinin vətəndaşları adından hazırlanan petisiyanı təqdim etdikdən sonra hakim Enn Donelli müvafiq məhkəmə qərarı verib.
"Assoşieyted Press qeyd edir ki, bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hakimiyyətinə yeni fərmanın şamil edildiyi şəxslərin deportasiya olunmasını qadağan edir.
Qərar həmçinin qaçqın statusunun verilməsinə dair ərizələrinə müsbət cavab almış bütün şəxslərin hüquqlarını qoruyur.