ABŞ-ın Yəməndə "Əl-Qaidə" terror təşkilatı üzvlərinə qarşı apardığı xüsusi əməliyyat nəticəsində 16 dinc sakin həyatını itirib. Onların arasında qadın və uşaqlar da var.
Unikal.org bildirir ki, bu barədə "Frans Press" məlumat yayıb.
Həmçinin, Əl-Beyda əyalətində pilotsuz uçan aparat və vertolyotlar tərəfindən aparılan əməliyyat nəticəsində "Əl-Qaidə" yaraqlısı olduğu ehtimal edilən 41 nəfər zərərsizləşdirilib.
Qeyd olunur ki, bu, Donald Trampın prezident kimi fəaliyyətə başlamasından sonra ABŞ-ın Yəməndə apardığı ilk irimiqyaslı əməliyyatdır.