İranın Qərbi Azərbaycan əyalətində qar uçqunu olub.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bunu Qərbi Azərbaycan əyalətinin təcili tibbi yardım xidmətinin rəhbəri bildirib.

Hadisə Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin Bivaran kəndində baş verib. Qar uçqunu nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər itkin düşüb. Ümumilikdə 15 nəfər xəsarət alıb, 6 nəfər xəstəxanaya yerləşdirilib.

Xilasetmə işləri davam etdirilir.