Yəməndə "Əl-Qaidə terror təşkilatının silahlılarına qarşı keçirilən əməliyyat zamanı ölən ABŞ hərbçilərinin sayı 3-ə çatıb.

Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 1 xüsusi təyinatlının öldüyü, 3-nün yaralandığı bildirilirdi.

Məlumata görə, yanvarın 29-da ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində azı 30 "Əl-Qaidə silahlısı məhv edilib.

Associated Press agentliyinin Yəmən hökumətinə istinadən verdiyi məlumata əsasən, havadan hücumlara qurudan da dəstək verilib. "Əl-Qaidə terror təşkilatının silahlılarına qarşı keçirilən əməliyyatda ABŞ xüsusi təyinatlıları iştirak edib.