Britaniya parlamentinin saytında yerləşdirilən petisiyaya ABŞ prezidenti Donald Tramp və Britaniya kraliçası II Yelizavetanın rəsmi şəkildə görüşünə qarşı 300 mindən çox adam qoşulub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu kollektiv ərizəyə Britaniya parlamentində icmalar palatası baxmalıdır.
Petisiyaya daha çox London, Oksford və Kembric sakinləri imza atıb. Artıq bu say 400 minə yaxınlaşır.