Suriya prezidenti Bəşər Əsədin ağır xəstə olması ilə bağlı xəbərlər yayılıb.
Unikal.org xatici mətbuata istinadən verdiyi məlumata görə, "Al Jazeera"in məşhur müxbiri Faisal əl-Qəssəm Tvitter hesabında Əsədin komada olduğunu qeyd edib. Bildirilib ki, Əsədin 4 gün əvvəl yerləşdirildiyi Dəməşq Dövlət Xəstəxanasında müalicə alır.
Suriya höküməti yayılan xəbərlərlə bağlı Feysbuk-da açıqlama yayıb. Onlar qeyd edib ki, yayılan xəbərlər əsassızdır, prezidentin sağlamlığı ilə bağlı problemi yoxdur.